İsrail İrana casusluq etməkdə şübhəli bilinən 7 vətəndaşını həbs edib.
Viral.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail polisi yayıb.
Sözügedən şəxslərin İsrail ərazisində yerləşən vacib təhlükəsizlik obyektləri və strateji hədəflər barədə məlumat topladığı bildirilib.
Son Yazılar:
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
Məlumata görə, saxlanılanlar Hayfa şəhərindən olan Azərbaycanəsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum, eləcə də iki nəfərin yetkinlik yaşına çatmayan şəxs olduğu qeyd edilib.
Təqsirləndirilən şəxslərin İran üçün təxminən 600 tapşırıq yerinə yetirdikləri vurğulanıb.