Moldovanın Avropa Birliyinə daxil olub-olmamaqla bağlı keçirilən referendumda nəticələr dəyişib.
Viral.az xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası bülletenlərin 98,33%-nin sayılmasından sonra AB-yə “hə” deyənlərin 50,03%, “yox” deyənlərin isə 49,97% olduğunu elan edib.
Səslər arasında olan cüzi fərq (756 səs) nəticələrin dəyişə biləcəyi ehtimalını saxlayır.
Son Yazılar:
- Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı VERDİ
- Azərbaycanda ingilis dilini nə qədər adam bilir?
- Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
Qeyd edək ki, bülletenlərin 54%-i sayıldıqdan sonra AB əleyhdarları 55 faizlə tərəfdarları üstələyirdi.
Xatırladaq ki, ötən gün Moldovada prezident seçkiləri də referendumla birgə keçirilib. Prezident seçkilərində hazırkı prezidenti Maya Sandu səslərin 97,8%-nin sayılmasından sonra 41,84%-lə liderdir, onun əsas rəqibi, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 26,35% səs toplayıb.