Fələstinin HƏMAS hərəkatı gələcək liderinin adını açıqlamaq niyyətində deyil.
Viral.az xəbər verir ki, bu barədə BBC hərəkatın adı açıqlanmayan nümayəndəsinə istinadən bildirib.
Qeyd olunub ki, HƏMAS təhlükəsizlik mülahizələrinə görə, çox güman ki, yeni liderinin kimliyini ictimaiyyətə açıqlamayacaq. Gələn ilin martında keçiriləcək lider seçkilərinədək hərəkata beş nəfərdən ibarət komitə rəhbərlik edəcək.
Son Yazılar:
- Bakıda və bölgələrdə leysan olacaq – XƏBƏRDARLIQ
- Bu tarixdən minimum əmək haqları və pensiyalar ARTIRILACAQ
- Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
Əvvəllər bildirilirdi ki, HƏMAS 2025-ci ilin martında daxili seçkilərədək İsrail tərəfindən məhv edilmiş Siyasi Büro rəisi Yəhya Sinvarın varisini təyin etməyi planlaşdırmır.
Sinvarın ehtimal olunan varisləri arasında Məhəmməd Dərviş, Xəlil əl-Həyya, Məhəmməd Nəzzal və Xalid Məşəl var.