Avtobuslarda 60 nəfəri soyan cibgirlər ələ keçdi

Bakıda cibgirliklə məşğul olan şəxslər polis tərəfindən saxlanılıb.

Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinən məlumat verilib.

38 saylı avtobusda bir sərnişinin 327 manatını oğurlayan 1972-ci il təvəllüdlü Vüqar Həsənov və 1963-cü il təvəllüdlü Akif Zeynallı tutulublar. Onların paytaxtda müxtəlif avtobuslarda 60-dan artıq şəxsin pulunu cibgirlik edərək ələ keçirdikləri məlum olub.
 

Son Yazılar:

V.Həsənov əvvəllər də eyni əməllərə görə saxlanılıb və dəfələrlə məhkum olunub.
 

Araşdırmalar aparılır.