Müğənni Elçin Hüseynov sahibi olduğu “Niel” şadlıq sarayının cərimə protokolu yazılmasına münasibət bildirib.
Viral.az xəbər verir ki, ifaçı olay.az-a açıqlamasında bu sözləri deyib:
“Sosial şəbəkələrdə barəmdə inzibati protokol tərtib edilməsi ilə əlaqədar yayılan məlumatla bağlı bildirmək istəyirəm ki, mənə məxsus olan qeyri-yaşayış binası üzərində yerləşdirilmiş reklam lövhəsinə dair aidiyyəti qurum tərəfindən araşdırılma aparılmadan əsassız olaraq protokol tərtib edilmişdir.
Son Yazılar:
- Sumqayıtda kanalizasiya sistemi yenidən QURULACAQ
- 35 yaşlı vəkilə parlamentdə vəzifə verildi
- Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR
Belə ki, reklam haqqında Azərbaycan Respublikası Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir.
Bu barədə məsələyə müvafiq qaydada məhkəmədə baxıldıqdan sonra hüquqi qiymət veriləcək. İstənilən şəxs barəsində tərtib edilmiş inzibati protokol həmin şəxsin həqiqətən təqsirli olmasına əsas vermir.
Qeyd etdiyim kimi işə məhkəmədə baxıldığından və Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirdiyindən və ədalət mühakiməsinin isə təqsirsizlik prezumpsiyasına əsaslanaraq qərar qəbul etdiyini nəzərə alaraq hazırki işə yekun hüquqi qiymət verilmədən münasibət bildirilməsini və yayılmasını doğru hesab etmirəm”.
Qeyd edək ki, protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə tərtib olunub.