İt 72 yaşlı qadını xilas ETDİ

ABŞ-də it əri ilə birlikdə meşədə gəzintiyə çıxan və yolu azıb üç gün orada qalan qocanı öz hərarəti ilə istiləndirərək ölümdən xilas edib.

Viral.az xəbər verir ki, bu barədə “People” məlumat yayıb.

 

Son Yazılar:

Qeyd edilir ki, 72 yaşlı Pamela Helmstadter əri və iti ilə birlikdə meşəyə gedib. Cütlük yoldan çıxaraq azıb, qadının əri yıxılaraq xəsarət alıb və yerindən qalxa bilməyib. Qadın özü ona kömək üçün getməyə qərar verib. Ancaq o, meşədə yolu azaraq üç gün orada qalıb.

Cütlüyün evinin eyvanında qalan paketi götürmədiyini görən qocaların qonşusu onların bu səhvindən şübhələnib. Qonşu qadın fövqəladə yardım xidmətlərinə müraciət edib. Nəticədə meşədə gücdən düşən qadın tapılıb.

Məlumata görə, onların iti soyuq gecələrdə qoca qadını öz hərarəti ilə istiləndirərək sağ qalmasına kömək edib.

Bildirilir ki, həkimlər qadının ərini xilas edə bilməyiblər.