Ermənistanın İstintaq Komitəsi mayın 31-də Xarici İşlər Nazirliyinin qarşısında açıq-aşkar xuliqanlıq motivləri ilə keçirilən etiraz aksiyasının beş iştirakçısına qarşı ER Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işi başlandığını elan edib.
Viral.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin yaydığı məlumatda bildirilib.
Prosesi aparan orqan məhkəməyə verdiyi təqdimat əsasında həmin şəxslərin həbs edilməsi barədə qərar qəbul edilməsini istəyib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Həmin şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsilə bağlı da məhkəməyə vəsatət verilib.
Vəsatətlərin müzakirəsinin nəticələrinə görə, adıçəkilən şəxslərdən 3-ü həbs edilib, 1-i barəsində isə ev dustaqlığı seçilib.