Oktyabrın 23-ü saat 09:00-a olan faktiki hava
Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir.
Viral.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 23-ü saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir.
Son Yazılar:
- Metronun iş rejimi dəyişdirilir: Sərnişinlərin DİQQƏTİNƏ
- “Zaqatalada qazlaşma çox zəifdir” – Azər Kərimli
- Məşhur müğənni saxlanıldı – FOTO
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, düşən yağıntının miqdarı Astarada 64 mm, Lənkəranda 53 mm, Lerikdə 50 mm, Yardımlı 40 mm təşkil edir. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün hündürlüyü Lerikdə 17 sm olub.
“Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir”.