Ötən gün Sabunçu keçidi adlanan ərazidə iki nəfər batıb. Rəsmi məlumatlara görə yağış sularının yığıldığı tuneldən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlu və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun meyiti çıxarılıb.
Viral.az xəbər verir ki, onların ölümü barədə sosial şəbəkələrdə müxtəlif iddialar səsləndirilir. Belə ki, bəziləri onları “tok” vurduğunu, bəziləri avtomobildə yuxuya getdiklərini yazır. İddiaların bir qismi isə onlara hər hansı yardımın edilməməsi barədədir.
Sosial şəbəkələrdə yayılan başqa videoda isə vəziyyət tam fərqli görünür. Belə ki, deyib-gülən ikilinin lap yaxınlığına evakuator və xilasetmə qüvvələri gəlsə də, onların özlərinin çıxmaq istəmədiyi deyilir. Rəylərdə bildirilib ki, onlar çörək maşınını qoyub çıxmaq istəməyiblər (sfera.az).
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır