Paytaxt yollarında yeni nəsil radar xəbərdarlıq nişanları quraşdırılmağa başlanıb.
Viral.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Qeyd olunub ki, yeni standartlara uyğun olan bu nişanlar artıq aeroport yolunda quraşdırılıb.
Son Yazılar:
- COP29-la bağlı bəzi küçələrdə hərəkət istiqaməti DƏYİŞDİRİLƏCƏK
- Azərbaycanda karbon qazı emissiyasının 0,5 %-dən az hissəsi dəmir yollarının payına düşür
- Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “oxu.az”a verilən açıqlamada yol nişanlarının yenilənməsi faktı təsdiqlənib:
“AYNA tərəfindən Azneft dairəsi – Hava limanı marşrutu üzrə bütün yol nişanları yenilənir. Bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində radar məlumatverici yol nişanları da yeni tərtibatda quraşdırılıb”, – deyə məlumatda bildirilib.