Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində elan saytlarında saxta məlumatlar yerləşdirərək, çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərini beh adı ilə dələduzluq yolu ilə ələ keçirdiyinə görə saxlanılan Elman Həsənovun digər analoji əməllərinin də üstü açılıb.
Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıbş
Araşdırmalarla onun müxtəlif vaxtlarda daha 4 nəfər şəxsin eyni üsulla 2075, 400 və 3250 manat olmaqla ümumilikdə 5725 manat pullarını dələduzluq yolu ilə hesabına ödətdirməsi də müəyyən olunub.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
E.Həsənovun qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.