"Acı Hayat"ın aktyoru vəfat etdi – FOTO

Ustad aktyor Tekin Temel 56 yaşında dünyasını dəyişib.

Viral.az xəbər verir ki, aktyor ürək tutmasından dünyasını dəyişib. Daha əvvəl infarkt keçirdiyi və ürəyinə stent qoyulduğu bildirilən Tekin Temeli xilas etmək mümkün olmayıb.

Kino Sənayesi və Bütün Sənətçiləri Gücləndirmə Vəqfi (Film-San) sənətçinin vəfatı ilə bağlı açıqlama verib:

Son Yazılar:

“Allah aktyor Tekin Temelə rəhmət eləsin, ailəsinə və sevənlərinə başsağlığı versin”

Qeyd edək ki, onun ölüm xəbərini onun meneceri Meriç Esener açıqlayıb.

Bildirək ki, Tekin Temel 24 iyun 1968-ci ildə Manisada anadan olub.

Dokuz Eylül Universiteti Gözəl Sənətlər Fakültəsi Teatr Fakültəsində təhsil alan aktyor “Ezel”, “Güz Gülleri”, “Abuzer Kadayıf”, “Acı Həyat”, “Söylə Endmesin”, “Veda” kimi tamaşalarda rol alıb. Aktyor müxtəlif teatr tamaşalarında çıxış edib. Onun teatr tamaşalarında Cimri və Zaptiye kimi mühüm əsərlər var (news24.az).