Türkiyə və Rusiya ikitərəfli münasibətləri bütün sahələrdə inkişaf etdirmək üçün səyləri gücləndirir.
Viral.az əbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyasının Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Kazanda keçirilən BRICS sammiti çərçivəsində danışıqların yekunları üzrə yaydığı məlumatda deyilir.
“Görüşdə Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, Ukrayna müharibəsi, İsrailin bölgədə həyata keçirdiyi irimiqyaslı hücumlar, regional və qlobal məsələlər müzakirə olunub”, – məlumatda bildirilir.