Media nümayəndələri ilə görüş keçirildi

Oktyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Qərb bölgəsində fəaliyyət göstərən region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində görüş keçirilib, müxtəlif mövzularda təlimlər təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, MEDİA Agentliyi tərəfindən region mediasının ümumi vəziyyəti, mümkün inkişaf perspektivləri daim diqqət mərkəzində saxlanılır, regionlarda çalışan media nümayəndələri üçün təlimlər keçilir, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə səfərlər təşkil olunur, fikir mübadilələri aparılır. O, həmçinin vurğulayıb ki, bugünədək bir çox regionlarda icra olunan “Regional Medianın İnkişafı” layihəsi əhəmiyyətli nəticələrlə yadda qalıb.

Regionlara daha öncə təşkil edilən səfər və görüşlər nəticəsində  hazırlanan diaqnostik icmalda keçirilməsi nəzərdə tutulan inkişaf proqramları çərçivəsində Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycanda media mühitinin hüquqi tənzimlənməsinin yeni mexanizmləri”, Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova isə “Sosial mediada jurnalistlərin peşə davranış qaydaları” mövzusunda təqdimatlarla çıxış ediblər.

Son Yazılar:

Region gənclərinin iştirakı ilə keçirilən təlimdə isə Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova “Media savadlılığı” mövzusunda çıxış edib, sonda gənclərə təlimdə fəal iştiraka görə sertifikatlar təqdim olunub.