TƏBİB Biləsuvarda baş verən avtoqəza ilə bağlı məlumat yayıb.
Qurumdan Viral.az-a bildirilib ki, bu gün saat 16:30 radələrində Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1969-cu il təvəllüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona başın və döş qəfəsinin səthi travması, said nahiyəsinin hemotoması və sıyrıqları diaqnozları təyin edilib.
Son Yazılar:
- Bakının bu ərazisində işıq KƏSİLƏCƏK
- Saratov vilayətində insanlara atəş açılıb, ölən var
- "Turan Tovuz" "Sabah"la bərabərə QALDI
“Hazırda xəsarət alan şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyət stabil olaraq qiymətləndirilir”, – məlumatda vurğulanıb.
16:56
***
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Viral.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.