İqtisadiyyat fakültəsinin Menecment ixtisasının tələbələrinin iştirakı ilə “Marketinqin əsasları” mövzusunda maarifləndirici görüş keçirilib.
Viral.az xəbər verir ki, iqtisadiyyat fakültəsinin müəllimi Rəşad Məmmədov tərəfindən təşkil edilən görüşdə Qarabağ Universitetinə Ankara Hacı Bayram Vəli Universitetindən qonaq professor qismində dəvət edilmiş professor Metexan Tolon məruzəçi kimi çıxış edib.
Təlim zamanı marketinqin əsasları, reklamla oxşar və fərqli cəhətləri, müştəri, alıcı və istehlakçı arasında fərqlər tələbələrə izah edilib və ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.
Son Yazılar:
- Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb
- Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir – Canlı
- Azərbaycanda “UFO”lar GÖRÜLDÜ! – VİDEO
Görüşün sonunda təqdim edilən məruzə əsasında əlavə araşdırmaların edilməsi məqsədilə tələbələrə tapşırıqlar verilib.