Tanınmış türkiyəli jurnalist Fatih Altaylı SOCAR-ın Türkiyə ofisinə hücum edənləri sərt tənqid edib.
Viral.az xəbər verir ki, bu barədə o, Türkiyənin internet televiziyalarında yayımlanan verilişlərin birində danışıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Fatih Altaylı hücum edənlərin radikal islamçılar olduğunu bildirib.
O qeyd edib ki, SOCAR-la İsrailin əlaqələri uzun illərdir mövcuddur: “Radikal islamçıların SOCAR-a etiraz etməsinin səbəbi, şirkətin İsrailə neft satmasıdır. Bu, zatən gizli bir məlumat deyil. Onların anlaşması illərdir var. Bütün dünya Azərbaycanın əleyhinə olduğu halda, İsrail erməni məsələsində Azərbaycanın tərəfini tutdu. O zaman Azərbaycanın yanında duran 2 ölkə var idi, biri Türkiyə, digəri İsrail”.
Xatırladaq ki, bir neçə gün əvvəl SOCAR-ın Türkiyə ofisinə hücum edilib. Hücumu özlərini “Fələstin Üçün Min Gənc” adlandıran təşkilat həyata keçirib. Səbəb kimi, guya Azərbaycanın İsrailə qırıcı təyyarələr üçün yanacaq satması irəli sürülüb. SOCAR məsələ ilə bağlı rəsmi məlumat yayıb və iddiaları təkzib. Hücumda iştirak edən “Fələstin Üçün Min Gənc” adlandıran təşkilatın 13 üzvü tutulub.
Sözügedən kadrları təqdim edirik: