Ukrayna Ali Radası hərbi polisin yaradılması ilə bağlı iki qanun layihəsini müvəqqəti olaraq müzakirədən çıxarıb.
Viral.az “Strana” internet nəşrinə istinadla xəbər verir ki, bu barədə xalq deputatı Yaroslav Jeleznyak məlumat verib.
Qeyd olunur ki, onlar əlavə məsləhətləşmələrdən sonra qanun layihələrinin baxılmasına qayıtmağı planlaşdırırlar.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
İyunun 5-də bildirilmişdi ki, “Hərbi polis haqqında” qanun layihəsində hərbi xidmətdən yayınanlar və fərarilər barədə məlumat verən şəxslərə pul mükafatı nəzərdə tutulur.
Sənədin doqquzuncu maddəsində hərbi polisin ayrı-ayrı şəxslərlə əməkdaşlığı təsvir olunub. Burada cinayət əməllərinin dayandırılmasına kömək edən insanların “maddi və mənəvi mükafatlandırılması” mümkünlüyündən bəhs edilir.
Əvvəllər bildirilirdi ki, Ukrayna hakimiyyəti ağır itkilər və səfərbər edilmiş insanların çatışmazlığı fonunda fərarilərin hərbi xidmətə götürülməsinə icazə verib. Ukrayna Dövlət Təhqiqatlar Bürosunun direktoru Aleksey Suxaçev Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskiyə müvafiq məktub göndərib.
(redaktor.az)