Azərbaycanda tələbələr qəzaya düşdü – Ölən və yaralananlar var

Göygöldə ölümlə nəticələnən qəza baş verib.

Viral.az xəbər verir ki, rayon ərazisində “VAZ – 21015” və “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov yaralanıblar.

Son Yazılar:

18 yaşlı Ramal Qurbanzadə isə aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

lent.az-ın məlumatına görə, qəzaya düşən gənclər Gəncədə təhsil alan tələbələr olub.