Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Viral.az DİN-ə istinadla xəbər verir ki, Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən 9000 manat pul və 950 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı R.Xəlilov müəyyən olunaraq saxlanılıb.
Son Yazılar:
- “Ana olmaqdan özüm imtina etmişəm, həyatım daha vacib idi” – Aparıcı
- Mənə bir də bu barədə sual verməyin
- Onlar mənim üçün general sayılmırlar
Araşdırma aparılır.