“Bolonya” – “Milan” matçı təxirə SALINDI

Futbol üzrə İtaliya A Seriyasının IX turunun “Bolonya” – “Milan” matçı daşqın səbəbindən təxirə salınıb.

Viral.az xəbər verir ki, bu barədə yerli Futbol Federasiyası məlumat yayıb.

Oktyabrın 26-da keçirilməli olan oyunun hansı tarixdə baş tutacağı bəlli deyil.

Son Yazılar:

Qeyd edək ki, ötən həftə Bolonyada bir neçə saat güclü yağış yağması səbəbindən, çaylar daşıb və küçələri su basıb.