Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində terrorçuların nəzarət-buraxılış məntəqəsinə basqın etməsi nəticəsində 10 əsgər şəhid olub, daha 3 əsgər yaralanıb.
Viral.az xəbər verir ki, bu barədə cümə günü rəsmi mənbələr məlumat yayıb.
Adının açıqlanmasını istəməyən mənbələr Sinxua agentliyinə bildiriblər ki, yaraqlılar cümə axşamı gecə saatlarında Dera İsmayıl Xan rayonunda Sərhəd Korpusunun hərbiləşdirilmiş keçid məntəqəsini atəşə tutublar.
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
Hücum edənlər hadisə yerindən qaçıblar. Hücumdan sonra qaçan terrorçuları tutmaq üçün əraziyə böyük bir təhlükəsizlik qüvvələri kontingenti gəlib.
Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb.