Hindistan Baş naziri Narendra Modi Almaniya kansleri Olaf Şoltsla Yeni Dehlidə görüşüb.
Viral.az xəbər verir ki, Modi və Şolts Yaxın Şərqdə gərginliyin qarşısının alınmasının vacibliyini bəyan ediblər. Bu barədə Hindistan-Almaniya hökumətlərarası məsləhətləşmələrinin nəticələrinə əsasən qəbul edilmiş birgə bəyanatda bildirilib.
Onlar Yaxın Şərqdə münaqişənin genişlənməsinin və yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıblar. Bununla əlaqədar onlar bütün regional oyunçuları məsuliyyətli və təmkinli davranmağa çağırıblar.