“Rosatom” Prezident Rəcəb Tayyib Ərdoğandan Türkiyədə Sinop ərazisində ikinci atom elektrik stansiyası tikmək təklifi alıb.
Viral.az xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev RT-yə müsahibəsində bildirib.
“Ərdoğan bizə etdiyi bu təklifi rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib. Biz hazırda Türkiyədə, Sinop ərazisində mövcudluğumuzun mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq”, – deyə o vurğulayıb.