Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib.
Viral.az xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.
Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E. Quliyevanın sinfi) bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub.
Son Yazılar:
- Azərbaycanın Xalq artisti vəfat ETDİ – FOTO
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edib. “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşin mal alan”da Süleyman, “Gəlin qayası”nda Xan, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Riqoletto”da Monterone, “Toska”da Skarpia, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohema”da Şonar, “Natəvan”da Qasım bəy Zakir kimi rollar onun tərəfindən ifa olunub.
2005-ci ildə Azərbaycan Xalq Artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsüdür.