Ən qısa zamanda seçki baryerini keçən digər müxalifət partiyaları ilə birlikdə koalisiya hökumətinin yaradılması üçün danışıqlara başlayacağıq.
Viral.az xəbər verir ki, bu sözləri Birlik – Milli Hərəkatın sədri Tinatin Bokuçava “Edison Research”in ekzit-poll nəticələrindən sonra deyib.
Onun sözlərinə görə, bu gün heç bir partiya qalib gəlmədi, ölkənin Avropa gələcəyi qazanıb və Gürcü Arzusu uduzub:
Son Yazılar:
- Xalq artisti xəstəxanaya yerləşdirildi – FOTO
- Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak etdi
- Kobaxidze yenidən Gürcüstanın Baş naziri OLDU
“Bu gün çox böyük qələbə günüdür. Bu gün həqiqətən böyük milli, Avropa qələbəsi günüdür. Baş verənlər aylarla, həftələrlə və bütün günboyu proqnozlaşdırdığımız kimi oldu. Zorakılığa baxmayaraq, Avropa qalib gəldi, Gürcüstan qalib gəldi. Bu gün Gürcü Arzusu uduzdu, Bidzina İvanişvilinin vaxtı bitdi”.
Qeyd edək ki, artıq MSK-nın rəsmi nəticələri elan edilir. Hazırda bülletenlərin 69,94%-nin sayılmasından sonra hakim Gürcü Arzusu 52,98%-lə liderdir.
Birlik – Milli Hərəkat koalisiyası 9,08 faiz, Dəyişiklik üçün Koalisiya isə 11,99% səs toplayıb.