Rusiyanın Kamçatka diyarında 5,6 maqnitudalı zəlzələ olub.
Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi teleqramda bildirib.
“27 oktyabr saat 16:49-da (Bakı vaxtı ilə 08:49) hiss edilən zəlzələ baş verib. Yeraltı təkanın maqnitudası 5,6 olub. Episentr Milkovo kəndindən 164 km şərqdə Kronotski körfəzinin akvatoriyasında yerləşib”, – məlumatda qeyd olunub.
Son Yazılar:
- “Türk Hava Yolları” şirkəti İtaliyaya bəzi uçuşları ləğv ETDİ
- Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı AÇIQLANDI
- Dövlət başçısı Timor-Leste Prezidentini təbrik ETDİ
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, seysmik hadisə Petropavlovsk-Kamçatski ərazisində 2 bala qədər hiss edilib. Sunami təhlükəsi elan edilməyib.