Şimali Koreyanın bir neçə min əsgəri Ukrayna Silahlı Qüvvələrini Kurskdan çıxarmaq üçün döyüşə cəlb olunub.
Viral.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” Ukrayna və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Şimali Koreyanın ilk əsgərləri çərşənbə günü Kursk bölgəsinə gəlməyə başlayıb və bazar ertəsinə (28 oktyabra) qədər 5000-ə yaxın koreyayalı əsgərin orada toplanacağı gözlənilir.
Son Yazılar:
- “Türk Hava Yolları” şirkəti İtaliyaya bəzi uçuşları ləğv ETDİ
- Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı AÇIQLANDI
- Dövlət başçısı Timor-Leste Prezidentini təbrik ETDİ
Eyni zamanda, qeyd olunub ki, bu qoşunlar Koreya Xalq Ordusunun elit bölməsinin bir hissəsidir. Onlar Vladivostokdan İl-76 təyyarələri ilə Rusiyanın qərbindəki hərbi aerodromlara aparılır, sonra isə döyüş bölgəsinə göndərilir.