Hava soyuduqca avtomobilləri də qışa hazırlamaq lazımdır. Ustalar deyirlər ki, qar yağana qədər avtomobillərinin şinləri köhnə olan sürücülər bunu dəyişməlidirlər. Bəs təkər bazarında vəziyyət necədir? Sürücülər büdcələrinə uyğun keyfiyyətli şin ala bilirlərmi?
Çəkiliş zamanı məlum oldu ki, hazırda bazardakı ən ucuz şinlər Çindən, ən bahalıları isə Avropadan gələnlərdir.
Viral.az-ın məlumatına görə, qış yaxınlaşdıqca avtomobillərdə dəyişilməsi vacib olanlardan biri də onun şinləridir. Amma nədənsə bəzi sürücülər sanki buna elə də diqqət etmirlər. Təkər bazarında yaşanan durğunluq bunu deməyə əsas verir.
Son Yazılar:
- “Türk Hava Yolları” şirkəti İtaliyaya bəzi uçuşları ləğv ETDİ
- Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı AÇIQLANDI
- Dövlət başçısı Timor-Leste Prezidentini təbrik ETDİ
Satıcılar deyirlər ki, istehsal edildiyi ölkə və keyfiyyətinə görə şinlərin qiymətləri müxtəlifdir. Hər bir müştəri cibinə uyğun təzə şini rahatlıqla bazarda tapa bilir. Bəs tələb hansı ölkədə istehsal olunanlaradır?
Satıcılar deyirlər ki, Azərbaycanda qış o qədər də sərt keçmədiyindən sürücülər bu fəslin şinlərinə elə də maraq göstərmirlər. Yəni dörd fəsil şinə üstünlük verirlər.
İşlənmişlərə gəldikdə isə satıcılar deyirlər ki, əsasən Avropadan gətirilən şinlərə maraq var. Bunların da qiymətləri ən kiçik ölçülərdə 60 manatdan başlayır.
Ətraflı süjetdə: