Hacıqabulda 42 yaşlı kişini ilan SANCDI

Hacıqabul sakinini ilan sancıb.

Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Əhmədov Zamir Oruc oğlu ərazidə iş görərkən onu ilan sancıb.

Son Yazılar:

Z.Əhmədov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilan zəhərinə qarşı zərdab vurulub.

Zərərçəkən xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.