Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında güləşçilərimiz 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Jalə Əliyeva tarixi uğura imza ataraq, Azərbaycan qadın güləşində U-23 dünya çempionu olan ilk idmançımız ünvanına sahib çıxıb. Bu yarışda həmçinin Maqomed-Başir Xaniyev qızıl, Rəşad Məmmədov, Ruslan Abdullayev və Arseniy Djioyev gümüş, Nihad Quluzadə, Xasay Həsənli və Cəbrayıl Hacıyev bürünc medal qazanıblar.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
Qeyd edilir ki, böyüklər kateqoriyasına keçid dövründə qazanılmış bu nailiyyətlər gələcək perspektivlərdən xəbər verir və növbəti yarışlarda da uğurlu nəticələrə inam yaradır.