Musa Qasımlı Yardımlıda vətəndaş qəbulu keçirdi

26 oktyabr tarixində Milli Məclisin sədr müavini Musa Qasımlı deputat seçildiyi 75 saylı Yardımlı-Masallı seçki dairəsində vətəndaş qəbulu keçirib. 

Viral.az xəbər verir ki, Musa Qasımlının Yardımlı rayonunda yerləşən deputat ofisində keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılmış məsələlərin bir qismi yerində həll edilib. Digər müraciətlərin həllindən ötrü aidiyyəti qurumlara məktublar göndərilib.

Prezident İlham Əliyevin vətəndaşların qəbul olunması və müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə verdiyi tapşırıq və tövsiyələrə uyğun mütəmadi olaraq qəbulların keçirildiyini bildirən sədr müavini müraciətlərin həlli istiqamətində qanunvericilik çərcivəsində bütün addımların atılmasını bildirib.

Son Yazılar:

Viral.az