Macarıstan Baş naziri Tbilisidə SƏFƏRDƏDİR

Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanda rəsmi səfərdədir.

Viral.az xəbər verir ki, Macarıstan hökumətinin başçısının Tbilisi Beynəlxalq Hava Limanına gəlişini əks etdirən görüntüləri “İmedi” telekanalı canlı yayımlayıb.

Məlumata görə, Orban Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüş keçirəcək. Həmçinin geniş tərkibdə görüşlər də nəzərdə tutulub. Macarıstanın nümayəndə heyətinə o cümlədən ölkənin xarici işlər naziri Peter Siyarto, iqtisadi inkişaf naziri Marton Nad, maliyyə naziri Mihay Varqa, dövlət katibi Yanoş Nad və digər rəsmi şəxslər daxildir.

Son Yazılar:

Qeyd olunur ki, Macarıstan Baş nazirinin səfəri iki gün davam edəcək.