Azərbaycanda sağlamlıq turizminin inkişafı məqsədilə mineral suların kadastrı hazırlanır.
Viral.az xəbər verir ki, bunu “Report”a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Nazir müavini qeyd edib ki, kadastrda suların müalicəvi tərkibi də əks olunacaq: “Azərbaycan ərazisi mineral sularla zəngindir. Ölkəmizdə mineral suların, bulaqların, quyuların ümumi sayı 930-a yaxındır və bunlardan 113-ü sağlamlıq turizminin inkişafına xidmət edə biləcək sulardır. Bu çox böyük potensialdır. Həmin suların əksəriyyəti Kəlbəcər, Laçın, Şərqi Zəngəzur, Şuşa ətrafı və Naxçıvanda cəmləşib. Kadastrın hazırlanması ilə suların tərkibi, mənbəyi, miqdarı və digər xüsusiyyətləri barədə məlumatlar əldə ediləcək ki, bu da sahəyə investorları, yerli və xarici turistləri cəlb etməyə imkan yaradacaq”.
Son Yazılar:
- Atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ÖLDÜ
- Pakistanda məzhəblərarası toqquşmalarda ölənlərin sayı 50 nəfəri ÖTDÜ
- Bu əməliyyatı pulsuz etdirə bilərsiniz: Vətəndaşların DİQQƏTİNƏ
O əlavə edib ki, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılan Komissiya mineral suların kadastrının hazırlanması və monitorinqinin aparılması üçün İşçi Qrupu təşkil edib.
“İşçi Qrupu 2025-ci ilin sonunadək monitorinqlər və qiymətləndirmə aparacaq, məlumatların toplanmasına başlayacaq. Hazırlanan kadastr sağlamlıq turizminin bu istiqamətdə inkişafına təkan verəcək. Bu, sahibkarlar üçün də əlverişli şərait yaradacaq, çünki onlar bu kadastrdan istifadə edərək sərmayələrini daha düzgün istiqamətləndirə biləcəklər”, – deyə nazir müavini vurğulayıb.