Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak etmək niyyətindədir.
Viral.az xəbər verir ki, bu barədə məlumatı rəsmi mənbələrə istinadən Ermənistanın “Hraparak” qəzeti yayıb.
Qəzet yazıb ki, erməni nazir bu səfəri danışıqlar aparmaq üçün imkan hesab edir.