Paşinyan Türkiyə jurnalistlərini İrəvana dəvət EDƏCƏK

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə mediasının nümayəndələrini ölkəsinə dəvət edəcək.

Viral.az xəbər verir ki, bunu Ermənistanın 2025-ci il dövlət büdcəsi layihəsinin parlamentin maliyyə və kredit məsələləri üzrə komissiyasında müzakirəsi zamanı baş nazir aparatının rəhbəri Arayik Arutyunyan deyib.

O bildirib ki, türkiyəli jurnalistləri İrəvana dəvət etməkdə məqsəd Ermənistanın “Sülh kəsişməsi” təşəbbüsünün işıqlandırılmasına nail olmaqdır.

Son Yazılar:

Arutyunyan əlavə edib ki, yaxın vaxtlarda iranlı ekspertlərin də Ermənistana 4 günlük səfəri planlaşdırılır.

Bundan əlavə, bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək.