London hələ də Ukraynanı dəstəkləyir

“Böyük Britaniya Ukraynanı dəstəkləməkdə davam edir və onu dəstəkləmək niyyətindədir”.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısı Rişi Sunak Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında bildirib.

Baş nazir söhbətə Böyük Britaniyanın Ukraynanı dəstəkləməkdə sarsılmaz öhdəliyini bir daha təsdiqləməklə başlayıb.

Son Yazılar:

Tərəflər Xarkov vilayətindəki vəziyyəti və Ukrayna üzrə iyunun 15-16-da İsveçrədə keçiriləcək sülh konfransını müzakirə ediblər.

Baş nazir beynəlxalq ictimaiyyətin Ukraynanı dəstəkləməkdə davam etməsinin indi həmişəkindən daha vacib olduğunu təkrarlayıb.

(redaktor.az)