Məşhur aktyor böyrək çatışmazlığından əziyyət çəkir

“Ağsaqqal” kimi ölkədə məşhurlaşan aktyor Azər Baxşəliyev yenidən əməliyyat olunacaq.

 Viral.az xəbər verir ki,  bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində məlumat verib.

Azər bildirib ki, ona əməliyyat yolu ilə böyrək köçürüləcək:

Son Yazılar:

“Az qalıb, həll olunmalıdır. Böyrəyimdə problem var idi, əməliyyat olunmuşdum. Son günlər həmin problem yenidən yarandı. Bu dəfə də əməliyyata gedəcəyəm. Bu, son olacaq. Böyrək köçürülməsi olunacaq”.

Qeyd edək ki, Azər illərdir böyrək çatışmazlığından əziyyət çəkir. O, bir müddət əvvəl donor axtardığını deyib.