Ötən il Azərbaycanda 26,2 milyard kubmetr su ehtiyatı formalaşıb.
Viral.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
Onun sözlərinə görə, bunun 17,8 milyard kubmetri yerüstü, 8,4 milyard kubmetri yeraltı su ehtiyatlarına aiddir:
Son Yazılar:
- Hərbçilərin kirayə haqları artırılsın – Deputatdan TƏKLİF
- Azərbaycanda yeni bələdiyyələr YARADILDI
- İdarə rəisi vəzifəsindən azad EDİLDİ
“Yerüstü formalaşan su ehtiyatlarının 4,6 milyard kubmetri ölkə ərazisində, 13,1 milyard kubmetri isə qonşu ölkələrin ərazisində formalaşıb. 2023-cü ildə su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr təşkil edib, bundan 3,2 milyard kubmetri suyun mənbədən təsərrüfatlarına çatdırılması zamanı infrastruktur, buxarlanma, sudan səmərəsiz istifadə və qanunsuz qoşulmalar səbəbindən itkiyə gedib.”