McDonald’s epidemiyasının səbəbi məlum oldu

ABŞ səhiyyə rəsmiləri 90 nəfərin xəstələnməsinə səbəb olan epidemiyanın mənbəyinin McDonald’s restoranlarında istifadə edilən doğranmış baş soğan olduğunu açıqlayıb.

Viral.az xəbər verir ki, bunu ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

Sözügedən soğanların Taylor Farms tərəfindən tədarük edildiyi və şirkət tərəfindən könüllü olaraq geri çağırıldığı bildirilib.

Son Yazılar:

McDonald’s da bu soğanları menyularından çıxarıb.

Epidemiya səbəbiylə ABŞ-nin 12 ştatında restoranlarda müvəqqəti olaraq menyudan çıxarılan bu hamburgerlərə görə Koloradoda 90 nəfər xəstələnib, 27 nəfər xəstəxanaya yerləşdirilib, bir qoca isə dünyasını dəyişib.

McDonald’s E. coli testinin nəticələri mənfi çıxdıqdan sonra satışlara yenidən başlayacağını açıqlayıb.

Qeyd edək ki, E. coli bakteriyası üç-dörd gün davam edə bilən mədə krampları, ishal və qusmaya səbəb olur. Əksər insanlar müalicəyə ehtiyac duymadan sağalsalar da, bəzi xəstələrdə ağırlaşmalar yarana bilər.