Şirvan Apellyasiya Məhkəməsində Beyləqanda torpaq sahələrinə dair çıxarışın verilməsinə görə rüşvət almaqda təqsirlədirilən eks vəzifəli şəxslər – Ayxan Səfərov və Dəyanət Atakişiyevin barələrindəki bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Viral.az pravda.az-a istinadla xəbər verir ki, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, onlar barəsində bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.
Son Yazılar:
- Leyla Əliyevanın iştirakı ilə Sabunçuda ağacəkmə aksiyası
- “İstədim ki, mənə də Hollivud ulduzu qədər baxış gəlsin” – VİDEO
- COP29 günlərində rayonlardan Bakıya gələn avtomobillərə məhdudiyyət qoyulacaq?
Qeyd: Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı rəsmi məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsində yol verilən qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.
Qeyd olunan idarənin sabiq rəisi Ayxan Səfərovun xidməti səlahiyyətlərinin icrası zamanı Arxiv şöbəsinin sabiq müdiri Dəyanət Atakişiyevin köməkliyi ilə Beyləqan rayonunda yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara dair mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi üçün rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Ayxan Səfərov və Dəyanət Atakişiyevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 32.5, 311.3.2-ci (təkrarən rüşvət almaqda köməkçilik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Sonra istintaq dövründə hər iki şəxsin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə onlara bəraət verilib.