Şirvanda “Dogruxeber.com” saytının baş redaktoru və redaktoru həbs olunub.
Viral.az apa.az-a istinadla sayt rəhbəri İlham Həsənov və onun oğlu, saytın redaktoru Renar Həsənovun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.
Onlar ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.
Son Yazılar:
- Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar ALINACAQ
- Azərbaycanlı şagird Türkiyədə imtahanda ən yüksək balı yığdı
- “Verilişlər biabırçılıqdır” – Video
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Ata və oğul cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.