Cinsi bilinməyən uşaq doğuldu

Rusiyanın Tümen şəhər sakini nadir diaqnozu olan uşaq dünyaya gətirib.

Viral.az xəbər verir ki, bu barədə “72.ru” məlumat yayıb.

Orqanlarının kişi və ya qadına uyğun gəlmədiyi genetik mutasiyaya görə həkimlər yeni doğulan körpənin cinsini müəyyən edə bilməyiblər.

Son Yazılar:

Qeyd olunub ki, sonradan belə uşaqlarda problem yalnız cərrahiyyə yolu ilə həll edilə bilər. Eyni zamanda, həkimlər üçün gender inkişafı pozğunluğu olan gələcək yetkinin valideyn ola biləcəyini dəqiq proqnozlaşdırmaq çətindir.

“Belə bir pozğunluğu olan uşaqların doğulmasının səbəbləri, bir qayda olaraq, cinsi vəzilərin formalaşmasında iştirak edən bir sıra genlərdəki mutasiyalardır”, – nəşrdə məlumat verilib.

Mütəxəssislərin fikrincə, anadangəlmə qüsurlar ümumiyyətlə analarda xroniki xəstəliklərin olması, kəskin virus xəstəlikləri və digər diaqnozlar səbəbindən yaranır. Daha tez-tez anadangəlmə qüsurlar oğlanlarda aşkar edilir.

(redaktor.az)