Rusiya Amerika xalqı tərəfindən seçilən istənilən ABŞ prezidenti ilə işləyəcək.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
Dövlət başçısının sözlərinə görə, yekun nəticənin Kreml üçün o qədər də əhəmiyyəti olmayacaq.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
“Amerika xalqının seçdiyi prezidentlə işləyəcəyik”, – Putin deyib.
Prezident əlavə edib ki, Rusiya ilə ABŞ arasında münasibətlərdə nəyinsə dəyişib-dəyişməyəcəyi barədə dəqiq nəticə verə bilməz.
Rusiya lideri həmçinin ABŞ-nin hazırkı prezidenti Co Baydeni köhnə məktəbin proqnozlaşdırıla bilən siyasətçisi kimi xarakterizə edib.
(redaktor.az)