Putin İranın yeni prezidenti ilə görüşmək istədiyini AÇIQLADI

Rusiya lideri Vladimir Putin İranın yeni prezidenti ilə görüşməyə ümid etdiyini bildirib.

Viral.az “lenta.ru”ya istinadən xəbər verir ki, Rusiya lideri bunu beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşü zamanı qeyd edib.

“Biz İranda prezident seçkilərinin baş tutmasını gözləyirik. Ümid edirəm ki, İranın yeni prezidenti ilə beynəlxalq tədbirlərdə, o cümlədən ŞƏT və BRİKS çərçivəsində görüşəcəyəm ”, – Rusiya Federasiyasının rəhbəri qeyd edib.

Son Yazılar:

Putin Rusiya və İranın ortaq dil tapa biləcəyinə əmin olduğunu bildirib.

(redaktor.az)