Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) bu ilin 2024-cü ilin üçüncü rübün sonuna dünyada qızıl alınmalarına görə TOP5-də qərarlaşıb.
Viral.az bu barədə Dünya Qızıl Şurasına (WGC) istinadən xəbər verir.
Məlumata görə, il ərzində ən çox qızılı Polşa (60 tondan çox), Türkiyə (60 tona yaxın), Hindistan (50 tondan çox), Çin (30 tondan çox) və SOFAZ (30 tona yaxın) alıb.
Son Yazılar:
- Hövsanda tibb məntəqələrinə, yeni məktəblərə ehtiyac var
- Dollar bu qiymətə satılacaq – RƏSMİ
- Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində…
Xatırladaq ki, bu il oktyabrın 1-nə SOFAZ-ın qızıl ehtiyatları 127 ton olub ki, bu da, illik müqayisədə 17,7 % çoxdur.
WGC-nin məlumatına görə, qızıla olan qlobal tələbat III rübdə təxminən 5 % artaraq rekord həddə çatıb və ilk dəfə istehlakı 100 milyard ABŞ dollardan yuxarı qaldırıb.
“Tələbatın 1 313 tona qədər artması Asiyadan olan “iştahanın azalması”nı kompensasiya etməyə kömək edən daha çox varlı insanlar da daxil olmaqla, Qərbdən daha güclü maraqla dəstəklənib. Oktyabrın 30-da qızılın unsiyası təxminən 2 790 ABŞ dollara qədər artaraq rekord həddə çatıb. Yanvar və iyun aylarında qiymətlərin sabit qaldığı kiçik enişlər istisna olmaqla, bu ilin hər ayında qiymət artımı müşahidə olub”, – Dünya Qızıl Şurası qeyd edir.
Bildirilir ki, cari ildə qızılın dəyəri 30 %-dən çox artıb. Bu sıçrayış mərkəzi bankların güclü alışları və varlı investorlar tərəfindən tələbatın artması ilə şərtlənib. Sentyabr ayında Polşa (22 ton), Macarıstan (16 ton) və Hindistan (6 ton) mərkəzi bankları ən böyük qızıl alıcılarından olub. Həmçinin qızılın son nailiyyətləri ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa keçidi ilə bağlı olub.