Viləşçay su anbarında müəyyən təmir işləri həyata keçiriləcək.
Viral.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Belə ki, su anbarında tikinti-istismar sukeçirici qurğunun (qülləli suburaxıcı qurğu) təmir-bərpası işləri aparılacaq.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 6.448.053,38 AZN-ə (6 milyon 448 min 53 manat 38 qəpik) başa gələcəyini ehtimal edir.