Türkiyənin “Qalatasaray” klubunun qapıçısı Fernando Muslera mövsümün sonunda karyerasını başa vuracaq.
Viral.az xəbər verir ki, bu barədə yerli “Milliyet” nəşri məlumat yayıb.
38 yaşlıq qolkiper məsələ ilə bağlı İstanbul təmsilçisinin rəhbərliyinə və baş məşqçi Okan Buruka məlumat verib.
Son Yazılar:
- Kasıb olduğum üçün mənimlə münasibət qurmurdular…
- Rusiya ordusu Donetsk və Xarkovda yaşayış məntəqələrini ələ KEÇİRDİ
- İsveç qeyri-qanuni miqrantlara qarşı mübarizəni gücləndirir
Qeyd edək ki, uruqvaylı oyunçu 2011-ci ildən “sarı-qırmızılar”ın formasını geyinir. O, bu müddət ərzində yeddi dəfə Superliqanın qalibi olub. Təcrübəli qapıçı qapıçı dörd dəfə ölkə kubokunu, altı dəfə isə Superkuboku qazanıb.