Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyədə rəsmi səfərdədir.
Viral.az xəbər verir ki, Özbəkistan Prezidentinin təyyarəsi axşam saatlarında Ankaranın Esenboğa hava limanına enib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan səfərlə iki ölkə arasında yüksək səviyyəli strateji əlaqələrin daha da möhkəmlənəcəyi gözlənilir.
Türkiyə ilə Özbəkistan arasında ticarət əlaqələri sürətli inkişaf tempi ilə davam edir. 2 ölkə arasında 2016-cı ildə 1 milyard 242 milyon dollar olan ticarət həcmi ötən il 3,1 milyard dollara çatıb. Hazırda Türkiyə Özbəkistanın dördüncü ən böyük ticarət ortağıdır. Ötən il Türkiyənin Özbəkistana ixracı 1 milyard 851 milyon 200, idxalı isə 1 milyard 248 milyon ABŞ dolları olaraq hesablanıb. İki ölkə arasında 3 milyard dollar olan illik ticarət həcminin ilk mərhələdə 5 milyard, sonrakı mərhələdə isə 10 milyard dollara çatdırılması hədəflənir.
Ötən il Türkiyədə baş verən təsir göstərən dağıdıcı zəlzələlərdən sonra bölgədə aparılan yenidənqurma işlərində Özbəkistan da iştirak edir. Hazırda Özbəkistan yeraltı təkanlardan ən çox zərər görən vilayətlərdən olan Hatayda 306 mənzillik yaşayış kompleksi inşa edir. Bu mənzillərin yaxın vaxtlarda sahiblərinə verilməsi planlaşdırılır.
İki ölkə arasındakı əlaqələr bir çox sahədə olduğu kimi, təhsildə də inkişaf etməkdədir. Belə ki, “Türkiyə-Azərbaycan Universiteti” modeli əsasında Türkiyə-Özbəkistan Universitetinin qurulması istiqamətində fəaliyyətlər aparılır. Bu il bu ali təhsil müəssisəsinin qurulması ilə bağlı konkret addımların atılması gözlənilir.
Qeyd edək ki, cari ilin mart ayında iki ölkə arasında diplomatik münasibətlərin 32-ci ildönümü qeyd edilib. Bu münasibətlərin təməli Özbəkistanın müstəqilliyini əldə etdikdən sonra bu ölkədə ilk səfirliyin Türkiyə tərəfindən açılması ilə qoyulub. Əlaqələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2016-cı ildə Səmərqənd səfəri ilə inkişaf mərhələsinə keçib. Bu ziyarətin ardından 21 illik fasilədən sonra 2017-ci ildə Özbəkistan Prezidenti Türkiyəyə səfər edib.