Tramp bu ştatlarda Kamala Harrisi qabaqlayır

ABŞ prezidentliyinə namizəd Donald Tramp bütün “tərəddüd edən” ştatlarda rəqibi Kamala Harrisi qabaqlayır.

Viral.az xəbər verir ki, bu barədə “AtlasIntel”in sorğu məlumatlarında göstərilib.

Qeyd olunub ki, Tramp hər ştatda Harrisi ən azı 1 faiz qabaqlayır.

Son Yazılar:

Respublikaçı namizədin ən böyük üstünlüyü Arizona və Nevadadadır.

Eyni zamanda, Amerikanın Viskonsin, Miçiqan və Pensilvaniya ştatlarında Tramp öz rəqibini müvafiq olaraq 1,3%, 1,5% və 1,7% qabaqlayır.

Bundan əlavə, Harris öz rəqibindən Corciyada 1,8%, Şimali Karolinada isə 3,6% geridə qalıb.